"İrəvan daha çox ölkədən daha çox silah ala bilər"
İrəvan əvvəlki hökumətlər dövründəkinə nəzərən daha çox ölkədən daha çox silah ala bilər, lakin burada logistika ilə bağlı problemlər var.
meqale.com APA-ya istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Hayastan" fraksiyasının deputatı Kristine Vardanyanın ölkənin təhlükəsizliyi ilə bağlı sözlərini şərh edən XİN rəhbəri keçmiş hakimiyyətin "işəyaramaz" razılaşmalarını da xatırladıb.