İrəvanda gərginlik: Maşını etirazçıların üstünə sürdü - FOTO

İrəvanda vəziyyət kəskinləşir. Xancyan küçəsində şəhər sakinlərindən biri avtomobilini yolu bağlayan etirazçıların üstünə sürüb.

İrəvanda gərginlik: Maşını etirazçıların üstünə sürdü - FOTO
İrəvanda vəziyyət kəskinləşir. Xancyan küçəsində şəhər sakinlərindən biri avtomobilini yolu bağlayan etirazçıların üstünə sürüb.

meqale.com Trend-ə istinadən bildirir ki, avtomobili idarə edən şəxsin Ermənistan baş naziri Paşinyanın tərəfdarı olduğu ehtimal edilib.

Həmin şəxsin bu hərəkəti aksiya iştirakçılarının qəzəbinə səbəb olub və cavabları özünü çox gözlətməyib.

Qeyd edilir ki, etirazçılar avtomobilə hücum edərək, avtomobilin şüşələrini sındırıblar.