İrəvanda rusiyalı bloqerin saçını qırxıb işgəncə verdilər - VİDEO
Ermənistanda rusiyalı bloqer Yuliya Finessə hücum edilib, onun saçı qırxılıb, başından kalium-permanqanat ("marqans") tökülüb, sonra isə məcbur edilib ki, başını divara vursun.
meqale.com oxuya istinadən xəbər verir ki, qorxunc hadisə İrəvanda "Hayraktak" hərəkatının üzvləri tərəfindən həyata keçirilib. İşgəncəyə səbəb isə 19 yaşlı bloqerin ermənilər barədə mənfi fikirləri olub.
Hücumçuların dediklərinə görə, guya Finess taksi sürücüsü və əczaçı ilə hörmətsiz danışıb.