“İrəvanla Moskva arasındakı problem müvəqqətidir”
"Əminik ki, Rusiya və Ermənistan arasında münasibətlərdəki bütün çətinliklər müvəqqəti xarakter daşıyır və siyasi iradə olarsa, həll ediləcək".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskva və İrəvan arasında iqtisadi-ticarət əlaqələri və sahəvi dialoq yüksək templərlə inkişaf edir.