İş yerində kibergigiyena qaydaları

İş yerində məlumatlarınızın məxfiliyini və təhlükəsizliyini təmin etmək üçün bu qaydalara əməl etməyinizi tövsiyə olunur.

İş yerində kibergigiyena qaydaları
İş yerində məlumatlarınızın məxfiliyini və təhlükəsizliyini təmin etmək üçün bu qaydalara əməl etməyinizi tövsiyə olunur.

meqale.com Trend-ə istinadən onların bəzisini təqdim edir:

Qeyd olunan qaydaları izləyərək təhlükəsizliyi artırmaq mümkündür.

Nələr etməlisiniz?

1) Cihazınızdakı proqram təminatını ən son versiyaya yeniləyin;

2) Təhlükəzlik yeniliklərini yüklədiyinizdən əmin olun;

3) Antivirus proqramından istifadə edin;

4) Cihazınızı istifadə etmədikdə elranı klidləyin;

5) Şifrlərinizi mütəmadi olaraq yeniləyin;

6) Cihazlarınızın şifri olmasına diqqət edin;

7) Fayllarınızı nüsxələyin;

8) Həssas fayllarınızı şifrlə qoruyun;

9) Şübhəli e-poçt aldıqda bu barədə çalışdığınız qurumun IT komandasına məlumat verin.

Nələr etməməlisiniz?

1) İş telefonu, iş e-poçtu və digər cihazlarınızı şəxsi fəaliyyətləriniz üçün istifadə etməyin;

2) Şifr və fərdi məlumatlarınızı daxil edərkən ictimai Wi-Fi şəbəkələrindən istifadə etməyin;

3) E-poçtunuza şübhəli şəxslər tərəfindən göndərilən faylları yükləməyin;

4) Şifrlərinizi kənar şəxslərlə paylaşmayın.