İşğaldan azad edilmiş ərazilərdə əkinə cəlb edilmiş torpaq sahələrinin həcmi açıqlanıb
İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə 2020-21-ci təsərrüfat ilində 10 min ha, 2021-22-ci təsərrüfat ilində 50 min ha, 2022-23-cü təsərrüfat ilində isə 72 min ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O qeyd edib ki, bu isə potensial ərazilərin cəmi 60 %-ni təşkil edir. Göründüyü kimi 40 % torpaq sahəsi qeyd olunan səbəblərdən hələ də əkin dövriyyəsinə cəlb oluna bilinməyib.
"Bu ərazilərdə mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq hadisələr qaçılmaz olur. ANAMA-nın məlumatına əsasən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlaması hadisəsi baş vermiş, nəticədə 8 nəfər xəsarət almış, 7 nəfər isə həyatını itirmişdir. 6 ədəd kənd təsərrüfatı texnikası yararsız hala düşərək sıradan çıxmışdır.