İslamafobiya bəşəriyyət üçün narahatlıq doğuran bir məsələdir - Sudanın Azərbaycandakı səfiri
Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda iştirak etdiyimə görə çox məmmunam. Bu ikinci konfransdır ki, iştirak edirəm. Mən bu mühüm təşəbbüsə görə Azərbaycan hökumətinə təşəkkür edirəm.
meqale.com bildirir ki, bunu Trend-ə Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda Sudanın Azərbaycandakı səfiri Mustafa Abdelhaleem deyib.
O bildirib ki, islamafobiya bəşəriyyət üçün narahatlıq doğuran bir məsələdir.
"Bu narahatlıq artmaqdadır və bütün müsəlman ölkələrini narahat edir. Azərbaycan bu istiqamətdə müzakirələrin aparılması üçün gözəl imkanlar təqdim edir. Ötən ilki konfransla müqayisədə bu il iştirakçıların sayı xeyli artıb. Mən Azərbaycanı bu konfransa uğurlu ev sahibliyi etdiyinə görə təbrik edirəm", - deyə o, əlavə edib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.