İslamafobiya sanki kimlərəsə sərf edir - Aiman Mazyek
Ayrı-seçkiliyin, irqçiliyin ən böyük təzahürü ikili standartlardır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Almaniyadakı Müsəlmanlar Mərkəzi Şurasının Aiman Mazyek "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.
"Müsəlmanlara qarşı ikili standartlar tətbiq edilir. İslamafobiya sanki kimlərəsə sərf edir. Bu, bəşəriyyətə qarşı olan bir addımdır. Ona görə də irqçilik fenomeni adı altında edilənlərə son qoyulmalıdır. İnsan hüquqları hamı üçündür. İslamın siyasi alətə çevrilməsinin qarşısını almalıyıq", - deyə o bildirib.