İslamofobiyanı dövlət siyasətinə yüksəldirlər: Fransa müsəlman ölkəsinə çevriləcək? - VİDEO
Bu gün Qərb dünyasında islamofobiya artmaqda davam edir və çox təhlükəli tendensiya alıb, müsəlmanlara qarşı, İslama qarşı çıxışlar, nifrət hissi artır və bu xoşagəlməz proses məqsədli şəkildə həyata keçirilir. Qərb dövlətləri İslamı siyasi alətə çevirərək, öz çirkin məqsədlərinə nail olmaq istəyirlər.
Məsələ ilə bağlı siyasi şərhçi Elşad Həsənov Trend-ə videomüsahibə verib.
O qeyd edib ki, islamofobiya son illər Avropada bir dövlət siyasətinə çevrilib.
"Son illərdə islamofobiya çox sürətlə artıb. Avropada İslam dininə qarşı bir "səlib yürüşü" var. Bu proses Fransada daha çox güclənib və artıq bir dövlət siyasətinə çevrilib", - deyə o əlavə edib.
Daha geniş videomüsahibəni təqdim edirik: