İsmayıl Haniyə 3 oğlunun və nəvəsinin öldüyünü təsdiqlədi - YENİLƏNİB

20:12

İsmayıl Haniyə 3 oğlunun və nəvəsinin öldüyünü təsdiqlədi - YENİLƏNİB
20:12

HAMAS lideri İsmail Haniyə İsrail aviasiyasının Qəzzaya aviazərbələri nəticəsində üç oğlu və nəvəsinin həyatını itirdiyini təsdiqləyib.

APA-nın xəbərinə görə, İsmail Haniyə bunu "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

HAMAS lideri İsrail hərbçilərinin atəşi nəticəsində indiyə qədər 60 qohumunun öldüyünü söyləyib. İsmail Haniyə oğullarının sona qədər Fələstin xalqı ilə qaldığını və Qəzza zolağını tərk etmədiyini vurğulayıb. Eyni zamanda ailə üzvlərinin ölümünün HAMAS-nın Qəzzada atəşkəslə bağlı tələbinə təsir etməyəcəyini nəzərə çatdırıb.

--------

19:07

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu İsrailin atəşi nəticəsində Qəzza zolağının şimalında yerləşən qaçqın düşərgəsində həlak olub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrailin atəşi nəticəsində Haniyənin nəvələri də ölüblər.