İsmayıllıda 5 kəndi təmin edən su anbarı niyə quruyur? - AÇIQLAMA
İsmayıllı rayonundakı Aşıqbayramlı su anbarında su əhəmiyyətli dərəcədə azalıb.
meqale.com xəbər verir ki, bu barədə Trend-ə rayon sakinləri məlumat verib.
Məsələ ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, torpaq məcralı kanallar beton üzlüyə alınır.
"Suvarma mövsümü qutardığından anbarda iş gedir. Bu səbəbdən də anbara su verilə bilmədiyindən su azalır. Başqa bir səbəb isə yol çəkilişi ilə əlaqədar boru xətlərinin yerləri dəyişməsi və yenilərinin qoyulmasıdır. Bununla bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinə məlumat verilib. Növbəti ayın 15-də anbara su veriləcək", - deyə o qeyd edib.