İsrail HƏMAS-ın ələ keçirdiyi bütün ərazilərdə nəzarəti bərpa etdi
İsrailin "Sanxanim" 35-ci hava-desant briqadası Qəzza zolağı ilə sərhəd yaxınlığında yerləşən yaşayış bölgələrini, o cümlədən Sderot şəhərini terrorçulardan təmizləyir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, əməliyyatda briqada komandiri polkovnik Ami Biton, onun müavini polkovnik-leytenant Qidi Eliast və 890-cı "Efe" paraşüt-desant taborunun komandiri polkovnik-leytenant Dor Menşaiuf da birbaşa iştirak edir.
Məlumata görə, sərhədyanı ərazilərin terrorçulardan azad edilməsinə ehtiyatda olan 98-ci "A-Eş" hava-desant diviziyasının döyüşçüləri də cəlb olunub.