İsrail HƏMAS liderinin evinə basqın etdi
İsrail əsgərləri İordan çayının qərb sahilində yüksək rütbəli HƏMAS lideri Saleh əl-Arurinin evinə basqın edib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.
Məlumata görə, Saleh əl-Aruri HƏMAS-ın ümumi lideri İsmayıl Haniyənin müavini və "İslamçı" terror qruplaşmasının hərbi qanadının qurucularından biridir.
Bildirilib ki, liderin ailə üzvləri həbs edilib.