İsrail - HƏMAS müharibəsində 5 günlük fasilə?
ABŞ, İsrail və Fələstinin radikal HƏMAS təşkilatı döyüşlərdə beş günlük fasilə və girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə yaxındırlar.
meqale.com xəbər verir ki, bu barədə "Qafqazinfo" "The Washington Post"a istinadən xəbər verir.
"Tərəflər müqavilə bağlamağa yaxındırlar, döyüşlərdə beş günlük fasilə zamanı Qəzza zolağında girov saxlanılan onlarla qadın və uşaq azad ediləcək" - mənbə nəşrə bildirib.
Məlumata görə, altı səhifəlik razılaşma münaqişənin bütün tərəflərinin ən azı beş gün ərzində hərbi əməliyyatları donduracağını nəzərdə tutur.