İsrail Hizbullah obyektlərinə yenə zərbə endirdi
İsrail qırıcıları Hizbullah hərbi obyektlərinə növbəti dəfə zərbələr endirib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Livandan İsrail ərazisinə PUA ilə zərbə endirilməsinə cavab olaraq əməliyyat icra edilib:
"Bu axşam partlayıcı yüklü PUA Livan ərazisindən İsrailin şimalına uçub və Beyt Hilel bölgəsinə düşüb. Bir müddət əvvəl İsrail döyüşçüləri Livanın cənubundakı Mərvahin, Aita əş-Şab və Rab əl-Talatin bölgələrində Hizbullahın iki buraxılış qurğusuna və terror obyektlərinə zərbələr endirib".