İsrail Livanla 5 km-lik sərhəddə əhalini təxliyə edir
İsrail hökuməti Livanla sərhəd zonasındakı yaşayış məntəqələrinin sakinlərini 5 km-lik məsafədə təxliyə edilməsi qərarını təsdiqləyib.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Livandan İsrail ərazisi raket atəşinə tutulur. Bir müddət əvvəl İsrail Livanla sərhəddən 2 km-lik məsafədə yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsi haqqında qərar qəbul etmişdi.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 4475-dən çox adam yaralanıb. Ərazidə 1300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.