İsrail nümayəndə heyəti danışıqlar aparmaq üçün Qahirəyə getdi

İsrail nümayəndə heyəti girovları azad etmək üçün danışıqlar aparmağa görə Qahirəyə gedib.

İsrail nümayəndə heyəti danışıqlar aparmaq üçün Qahirəyə getdi
İsrail nümayəndə heyəti girovları azad etmək üçün danışıqlar aparmağa görə Qahirəyə gedib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS-a İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib.

Danışıqların təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, avqustun 23-də Fələstin hakimiyyəti İsrail və HƏMAS arasında danışıqlarda iştirakdan imtina edib.