İsrail ordusu bütün cəbhələrdə "çox yüksək hazırlıq" vəziyyətində olduğunu bildirdi
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) bütün cəbhələrdə baş verəcək hər hansı hadisəyə "çox yüksək hazırlıq" vəziyyətindədir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib.
"ÇAXAL bütün cəbhələrdə həm müdafiə, həm də hücumda çox yüksək hazırlıq səviyyəsindədir. Biz bütün arenalarda hər hansı mümkün ssenariyə çox yüksək hazırlıq vəziyyətindəyik", - deyə o bildirib.
"Yedioth Ahronoth" qəzeti qeyd edib ki, İsrail "HƏMAS" rəhbərləyinin üzvü Saleh əl-Arurinin ölümünə səbəb olan insidentə görə məsuliyyəti rəsmi olaraq öz üzərinə götürməyib.