İsrail ordusu Cenin qaçqın düşərgəsinə hücum etdi

İsrail Ordusu noyabrın 16-da Cenin şəhərinə və İordan çayının qərb sahilindəki eyni adlı qaçqın düşərgəsinə hücum edib.

İsrail ordusu Cenin qaçqın düşərgəsinə hücum etdi
İsrail Ordusu noyabrın 16-da Cenin şəhərinə və İordan çayının qərb sahilindəki eyni adlı qaçqın düşərgəsinə hücum edib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Hadath" telekanalı məlumat yayıb.

"IDF xüsusi təyinatlılar və hərbi buldozerlərin müşayiəti ilə bir neçə istiqamətdən Cenin şəhəri və düşərgəsinə soxulub", - məlumatda deyilir.

İsrail qüvvələrinin hazırda 80-dən çox döyüş maşını və buldozerdən istifadə edərək məhəllələrə doğru irəlilədiyi bildirilir.