İsrail ordusu həlak olan hərbçilərinin sayını yenilədi
İsrail HƏMAS-la toqquşmalarda həlak olan hərbçi sayını yeniləyib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, oktyabrın 7-dən bəri İsrail ordusunun həlak olan hərbçilərinin sayı 477-ə yüksəlib.