İsrail ordusu HƏMAS-ın yeraltı tunellərini bombalayır

İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın yeraltı tunel şəbəkəsinin hədəfə alındığını açıqlayıb.

İsrail ordusu HƏMAS-ın yeraltı tunellərini bombalayır
İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın yeraltı tunel şəbəkəsinin hədəfə alındığını açıqlayıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu açıqlama ilə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus çıxış edib.

Onun sözlərinə görə, HƏMAS 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra illər ərzində yeraltı tunellər qazıb.

Bildirilib ki, yaraqlılar tunellərdən yüklərin daşınması və İsrailə qarşı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə ediblər.

"İsrail Hərbi Hava Qüvvələri Qəzzanın bir çox hissələrinə zərbələr endirirlər. Biz ilk növbədə HƏMAS-ın yuxarı eşelonlarında təmsil olunan komandirlərə və təşkilatın liderlərinə zərbə vururuq", - əlavə edilib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.