İsrail polisi türk fotomüxbiri döydü
İsrail polisi Qüdsdə Türkiyənin "Anadolu" xəbər agentliyinin fotomüxbiri Mustafa Harufu döyüb.
meqale.com lente istinadən xəbər verir ki, bu barədə "Anadolu" xəbər verir.
Hadisə Şərqi Qüdsdə baş verib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Harufun yanında olan operator Faiz Əbu Rumail də hücuma məruz qalıb.
Almaniyanın Təl-Əvivdəki səfiri Steffen Seibert polisin davranışını dəhşətli və çox narahatedici adlandırıb. "İsrail polisi öz vətəndaşlarının təhlükəsizliyinə belə xidmət edirmi?", diplomat hadisəni şərh edib.