İsrail Qəzzada yenə faciə yaratdı

Son 24 saatda İsrailin Qəzzaya hava zərbələri nəticəsində 103 fələstinli ölüb, 219 nəfər yaralanıb.

İsrail Qəzzada yenə faciə yaratdı
Son 24 saatda İsrailin Qəzzaya hava zərbələri nəticəsində 103 fələstinli ölüb, 219 nəfər yaralanıb.

meqale.com xəbər verir ki, iyunun 26-da Qəzzanın mərkəzi hissəsinin bombalanması Fələstinin Daxili İşlər Nazirliyi tərəfindən kəskin şəkildə qınanıb.

İsrail tərəfi hücumla bağlı açıqlama verməyib, lakin daha əvvəl girovların azad olunması və HƏMAS-ın zərərsizləşdirilməsi məqsədilə əməliyyatların davam etdiriləcəyini bəyan etmişdi.

Son məlumatlara görə, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada ölənlərin ümumi sayı 56 259 nəfərə, yaralıların sayı isə 132 458 nəfərə çatıb.