İsrail Qəzzanı tam mühasirəyə aldı
İsrail ordusu Qəzza şəhərini tamamilə mühasirəyə alıb və anklavı yarıya bölüb.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu İsrail Silahlı Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.
"Bu gün artıq Qəzzanın şimalı və cənubu var. İsrail ordusu hələ də mülki vətəndaşların Qəzzanın şimalını tərk edərək cənuba getməsinə icazə verəcək", - o bildirib.