İsrail qırıcıları Livanı bombaladı
İsrail qırıcıları Livanın cənub bölgələrinə yeni silsilə zərbələr endirib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onların hədəfi Hizbullah təşkilatının silahlı birləşmələrinin istifadə etdiyi infrastruktur obyektləri olub.
Zərbələr Ayt əş-Şaab və Meys əl-Cəbəl yaşayış məntəqələrinin ərazilərinə endirilib.