İsrail regional müharibəni yaxınlaşdırır - Bou
İsrailin təcavüzkar siyasəti böyük regional müharibəni yaxınlaşdırır və diplomatik həll səylərini baltalayır.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bou Həbib "Lebanon 24" portalına açıqlamasında deyib.
Qeyd edək ki, 30 iyul tarixində İsrail HHQ-nin Beyruta zərbələri zamanı Hizbullah komandirləri, ötən gün isə Tehrana zərbə zamanı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülmüşdü.