İsrail rəsmisi İranı bunda ittiham etdi - FOTO
İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarka İranı İsrail ordusunun ölkənin cənubunda Qəzza zolağında HƏMAS radikallarına qarşı əməliyyat keçirərkən Suriya ərazisindən strateji silahlar daşıyaraq yəhudi dövlətinin şimalında ikinci cəbhə açmağa çalışmaqda ittiham edib.
meqale.com oxuya istinadən xəbər verir ki, "X" (keçmiş "Twitter") sosial şəbəkəsinin istifadəçisi Coel Reybern öz hesabında aşağıdakı mətni paylaşıb:
"İsrailin Dəməşq və Hələb hava limanlarını sıradan çıxarmaq üçün vurduğu zərbələr, mənim fikrimcə, 1) İran rejiminin şimalda [İsrail] cəbhə açmaq üçün strateji silahları Suriyaya və ya Suriyadan keçirməyə çalışdığına dair tutarlı sübutdur və 2) israillilər bunun qarşısını almaqda qərarlıdırlar".
C. Zarka bu paylaşıma yazdığı şərhdə belə deyilir:
"1. Onlar (İran - red.) bunu edir (silahları ötürür - red.) 2. Biz (İsrail - red.) tam qətiyyətliyik".