İsrail səfiri Azərbaycan xalqına təşəkkür edib - FOTO

İsrailin Azərbaycandakı səfiri Corc Dik göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib.

İsrail səfiri Azərbaycan xalqına təşəkkür edib - FOTO
İsrailin Azərbaycandakı səfiri Corc Dik göstərdiyi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsində yazıb.

"Bu səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm. Mesajlar, səfirliyimizin qapılarında gül-çiçəklər, sosial şəbəkələrdəki yazılar - bütün bunlar tariximizin bu qaranlıq vaxtında bizə güc verir", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

meqale.com