İsrail səfiri İrəvanda Njdenin şərəfinə keçirilən aksiyanı pislədi
İsrailin Ermənistan və Moldovadakı səfiri Coel Lyon nasistlərin İrəvanda Qaregin Njdenin şərəfinə keçirdiyi aksiyanı pisləyib.
meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə diplomat X platformasında yazıb.
"Nasistlərlə əməkdaşlıq edən Qaregin Njdenin təriflənməsi qəbuledilməzdir! Ermənistan hakimiyyəti açıq şəkildə nasizm və antisemitizmin bütün formalarına qarşı çıxmalıdır", - nəşr yazır.
Qeyd edək ki, İrəvanda erməni nasistləri faşistlərlə əməkdaşlıqda ittiham olunan nasist Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçirib.