İsraildə 10 min insan etiraz aksiyalara qatıldı
İsrail hökumətinə və onun məhkəmə islahatları planına qarşı şənbə gecəsi keçirilən etiraz aksiyalarının təşkilatçıları aksiyada 10 minə yaxın insanın iştirak etdiyini bildiriblər.
meqale.com Trend-ə istinadən xəbər verir ki, təkcə Təl-Əvivdə 5 minə yaxın nümayişçi toplaşıb.
Böyük aksiyalar İsrailin digər şəhərlərində də keçirilib.
Nümayişçilər mütəmadi olaraq hakim sağçı koalisiyanın məhkəmə sistemində islahatlar planına etiraz edirlər.