İsraildə BBC-nin jurnalistləri saxlanıldı
İsrailin paytaxtı Təl-Əvivdə BBC telekanalının jurnalistləri polis tərəfindən saxlanılıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə BBC-nin məlumatında deyilir.
Bildirilib ki, İsrailə hücumları işıqlandıran media nümayəndələri silahla hədələnərək saxlanılıblar.
Məlumata görə, jurnalistlərin olduğu avtomobili saxlayan polis əməkdaşları onların sənədlərinə baxış keçirib. Hətta hadisəni lentə almağa çalışan jurnalistlərdən birinə zərbə də endirib.
Hadisənin səbəbləri araşdırılır.