İsraildə fövqəladə vəziyyət elan edildi
İsraildə fövqəladə vəziyyət elan edilib.
meqale.com Trend-ə istinadən bildirir ki, hökumət aktiv şəkildə silahlı qüvvələri silahlandırır.
Qeyd edilib ki, bunun fonunda Fələstində liderlərin fövqəladə toplantısı çağırılıb.
Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.