İsraildə regional şuranın rəhbəri öldürüldü
İsraildə regional şuranın rəhbəri öldürülüb.
meqale.com axar.az-a istinadən bildirir ki, İsrail Şaar xa-Neqev regional şurasının başçısı Ofir Libşteyn terrorçularla atışmada öldürülüb.
Bildirilib ki, Ofir Libşteyn sakinləri terrorçuların hücumundan müdafiə edərkən öldürülüb. Şura başçısının müavini Yossi Keren onun səlahiyyətlərini icra edir. Regional şuranın rəhbərliyi fövqəladə şəraitdə fəaliyyətlərini davam etdirir.