İsraildəki vətəndaşlarımızla bağlı son vəziyyət açıqlandı

İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

İsraildəki vətəndaşlarımızla bağlı son vəziyyət açıqlandı
İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın İsraildəki səfirliyindən məlumat verilib.

"İsraildə yaralanan və ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur", - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.