İsrailin Bakıdakı səfirliyi haqda “feyk” yayıldı
İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayılıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, erməni iranşünas Vardan Voskanyan öz sosial şəbəkə hesabında "İran mənbələrinin İranın mümkün hücum təhlükəsini nəzərə alaraq, İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərinin əməkdaşlarını təxliyə etdiyi barədə məlumat yaydığını yazıb.
Qeyd edək ki, İsrailin Azərbaycandakı səfirliyinin ötən gün yaydığı açıqlamada adi qaydada fəaliyyətlərini davam etdikləri qeyd edilmişdi.
Xatırladaq ki, İsrailin 1 apreldə İranın Dəməşqdəki konsulluğuna zərbə endirməsinə cavab olaraq Tehranın yaxın 48 saat ərzində İsrail ərazisini vuracağı haqda da İran Teleqram kanalları məlumat yayıb.