“İsrailin Qəzzada törətdiyi qırğınların qarşısını alacağımız günlər yaxındır” – Ərdoğan
"Türkiyə siyasi, hərbi və iqtisadi cəhətdən gücləndikcə Türkiyəyə ümid bağlayanların da özünə inamı artdı".
meqale.com yeniavaz.com-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində keçirilən tədbirdə deyib. O bildirib ki, indi həm İslam dünyasında, həm də Türk dünyasında keçmişlə müqayisədə çox fərqli, daha müsbət və daha cəsarətli bir atmosfer var:
"Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi. Narahat olmayın, qəddar İsrail rəhbərliyinin Qərb dövlətlərinin dəstəyi ilə Qəzzada törətdiyi qırğınların, Qüdsdəki işğalçılıq hərəkətlərinin qarşısını alacağımız günlər Allahın izni ilə yaxındır".