“İştaham kəsilib, bütün günü başım fırlanır” – 84 yaşlı Ofeliya Sənani gileyləndi
"Hava dəyişən kimi mən də pisləşirəm. Tərpənə bilmirəm, evin içində bütün günü oturub qalıram". Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib. Səhhətindən gileylənən diktor bildirib ki, yeriməkdə çətinlik çəkir:
"Ürəyim çox zəifdir. İnfarktdan sonra zəifləmişəm. Nə xörək bişirə, nə ev yığışdıra bilirəm. Divana söykənib halsız uzanıram, gücüm yoxdur. Qan təzyiqim tez-tez düşür. İynələr vurulur, heç nə təsir etmir. Gücüm yuxdur, başım fırlanır. İştaham da kəsilib, heç nə boğazımdan keçmir".
O. Sənani bildirib ki, hazırda ona qohumu baxır.