İstanbulda İŞİD-in partlayıcılar üzrə mütəxəssisi yaxalandı
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və İstanbul polisi tərəfindən şəhərdə keçirilən əməliyyatda İraq Şam İslam Dövləti (İŞİD) təşkilatının partlayıcılar üzrə mütəxəssisi olan Əhməd Casim Abdullah tutulub.
meqale.com oxuya istinadən xəbər verir ki, 43 yaşlı terorçu partlayıcı qurğularla birlikdə yaxalanıb.
Onun Türkiyədə terror aktları hazırladığı bildirlib.
Hüquq-mühafizə orqanları tərəfindən dindirilən Abdullah həbs edilib.
Hazırda onun ifadələri əsasında istintaq aparılır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun