İstanbulda kilsəyə hücumla bağlı 25 nəfər həbs olundu

İstanbulda Santa Maria kilsəsində baş verən silahlı insidentdən sonra saxlanılan 25 nəfər həbs edilib.

İstanbulda kilsəyə hücumla bağlı 25 nəfər həbs olundu
İstanbulda Santa Maria kilsəsində baş verən silahlı insidentdən sonra saxlanılan 25 nəfər həbs edilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin ədliyyə naziri Yılmaz Tunç "X" hesabında paylaşıb.

Həbs olunanlar arasında Rusiya vətəndaşı da var. Onların İŞİD-lə əlaqəsi olduğu ehtimal edilir. 

Məsələ ilə bağlı saxlanılan daha 9 nəfər isə sərbəst buraxılıb.