"İstanbulda kilsəyə hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki maskalı silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib. Türkiyədə kilsəyə silahlı hücum - ölən var - VİDEO
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə A-haber telekanalı məlumat yayıb.
Prezident hücumu törədənlərin 24 saat ərzində tutulacağına əmin edib.
"Ölümlə bağlı cəmiyyətə başsağlığı verirəm. Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq", - Ərdoğan bildirib.