İstanbulda supermarketdə güclü YANĞIN

Türkiyənin İstanbul şəhərinin Esenyurt şəhərindəki marketdə başlayan yanğının söndürülməsi üçün yanğınsöndürmə qrupları işə başlayıb.

İstanbulda supermarketdə güclü YANĞIN
Türkiyənin İstanbul şəhərinin Esenyurt şəhərindəki marketdə başlayan yanğının söndürülməsi üçün yanğınsöndürmə qrupları işə başlayıb.

meqale.comxəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Məlumata görə, böyük yanğın supermarketin anbar sahəsində baş verib.

Xəbərdarlığın ardından qeyd olunan ünvana yanğınsöndürənlər, polis və sağlamlıq qrupları göndərilib.

Sürətlə böyüyən yanğını nəzarət altına almaq üçün ətraf rayonlardan gücləndirmə qrupları göndərilib. /APA