İstanbulda yanğın faciəsinə görə 9 nəfər tutuldu
Aprelin 2-də İstanbulda yerləşən binanın zirzəmi qatında baş verən yanğın faciəsi ilə bağlı doqquz nəfər həbs edilib.
meqale.com Trend-ə istinadən bildirir ki, yanğının meydana gəldiyi binanın zirzəmisində fəaliyyət göstərən gecə klubu ilə bağlı araşdırma davam edir.
Həbs edilənlər arasında əyləncə mərkəzinin məsul şəxsləri də var.
Xatırladaq ki, aprelin 2-də İstanbuldakı 16 mərtəbəli binanın zirzəmisində yerləşən gecə klubunda baş verən yanğında 29 nəfər həlak olub.