İstefaya göndərilən Sem Altman vəzifəsinə qaytarılır

Ötən həftə istefaya göndərilən ChatGPT-nin yaradıcısı "OpenAI" şirkətinin Baş direktoru Sem Altman öz vəzifəsinə qayıdacaq. 

İstefaya göndərilən Sem Altman vəzifəsinə qaytarılır
Ötən həftə istefaya göndərilən ChatGPT-nin yaradıcısı "OpenAI" şirkətinin Baş direktoru Sem Altman öz vəzifəsinə qayıdacaq. 

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət öz "X" hesabında paylaşıb. 

Bununla yanaşı, şirkət direktorlar şurasının tərkibində də dəyişikliklər edəcək. 

Xatırladaq ki, S.Altman istefaya göndərildikdən sonra onun "Microsoft Corp."da işə başlayacağı məlum olub. Noyabrın 20-si isə "OpenAI" şirkətinin əməkdaşlarının əksəriyyəti açıq məktub yazaraq Altmanın vəzifəsinə geri qaytarılmasını tələb ediblər. Əməkdaşlar əks halda onun kimi "Microsoft"a gedəcəklərini bildiriblər.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun