İsti hava hər il 7 milyon insanı "öldürür"

İsti havalar hər il təxminən 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur və havanın çirklənməsini artırır.

İsti hava hər il 7 milyon insanı
İsti havalar hər il təxminən 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur və havanın çirklənməsini artırır.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və bir çox digər beynəlxalq təşkilatların iştirakı ilə hazırlanan hesabatda deyilir.

Qeyd olunub ki, 2000-2019-cu illər arasında həddindən artıq istilər səbəbindən təxminən 489 min insanın öldüyü təxmin edilir ki, bu ölümlərin 45 faizi Asiyada, 36 faizi isə Avropada baş verib.

Belə ki, təkcə 2022-ci ilin yayında həddindən artıq istilərin 35 Avropa ölkəsində 60 mindən çox insanın ölümünə səbəb olduğu ehtimal edilir.