İstirahət mərkəzində bədbəxt hadisə: Ölən var

Cəlilabad rayon sakini Masallıda ölüb.

İstirahət mərkəzində bədbəxt hadisə: Ölən var
Cəlilabad rayon sakini Masallıda ölüb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.