İtaliya şirkəti İsrailə uçuşları dayandırdı

İtaliyanın "ITA Airways" şirkəti Yaxın Şərqdə baş verən hadisələrə görə Təl-Əvivə uçuşları dayandırıb.

İtaliya şirkəti İsrailə uçuşları dayandırdı
İtaliyanın "ITA Airways" şirkəti Yaxın Şərqdə baş verən hadisələrə görə Təl-Əvivə uçuşları dayandırıb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib.

"Bəli, bəzi digər şirkətlər kimi biz də sərnişinlərin və ekipajlarımızın təhlükəsizliyini təmin etmək üçün avqustun 1-dən Təl-Əvivə uçuşları dayandırdıq", - deyə şirkət bildirib.

Qeyd edək ki, daha öncə İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına İsrailə, eləcə də Livana səfərlərini təxirə salmağı tövsiyə edib.