İtaliyada SES-də partlayış: ölənlər var
İtaliyanın Bolonya şəhərinin yaxınlığında su elektrik stansiyasında (SES) baş vermiş partlayışda dörd nəfər ölüb, beş nəfər yaralanıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin ANSA agentliyi məlumat yayıb.
Daha üç nəfərin itkin düşdüyü bildirilir.
Partlayış zamanı stansiyada ümumilikdə 15 nəfər olub. Hadisənin səbəbləri hələlik aydınlaşdırılmayıb.