"ITFC Azərbaycana bunu təklif etməyə hazırdır"

Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) Azərbaycana ticarətin inkişafı üçün tədbirlər təklif etməyə hazırdır.

Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) Azərbaycana ticarətin inkişafı üçün tədbirlər təklif etməyə hazırdır.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində ITFC-in baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD - İslam İnkişaf Bankı qrupuna (IsDB) daxildir) baş direktoru vəzifəsini icra edən Hani Salem Sonbol deyib.

"Bu tədbirlər ticarətlə bağlı texniki yardım təşəbbüslərinin hazırlanmasının təmin edilməsinə və potensialın gücləndirilməsinə yönələcək. Məqsəd islam ticarətinin maliyyələşdirilməsi anlayışını genişləndirmək, həmçinin Azərbaycanda biznes və qurumların qlobal bazarda inkişaf etmək üçün lazım olan alətlərlə təchiz olunmasını təmin etməkdir.

Bizim qabaqcıl proqramlarımızdan biri olan "Trade Connect Central Asia+" (TCCA+) Azərbaycanla gələcək əməkdaşlığımızda əsas rol oynayır. TCCA+ Azərbaycanı və Mərkəzi Asiya üzv ölkələrini İslam Əməkdaşlıq Təşkilatının (İƏT) digər bazarları ilə birləşdirməyi hədəfləyir", - deyə o bildirib.

Hani Salem Sonbol qeyd edib ki, ilk növbədə özəl sektorun dəstəklənməsinə xüsusi diqqət yetirən ITFC Azərbaycanda yerli banklar və maliyyə institutları ilə strateji tərəfdaşlıq əlaqələrini davam etdirəcək.