Jerar Depardye mühakimə oluna bilər
Paris prokurorları aktyor Jerar Depardyenin aktrisa Şarlotta Arnuya qarşı təcavüz iddiası ilə bağlı mühakimə olunmasını tələb ediblər.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Hazırda istintaq hakimi proseslə bağlı qərar verməlidir.
Qeyd edək ki, aktyora qarşı ittihamlar ilk dəfə 2018-ci ildə irəli sürülüb. Aktrisanın iddialarına görə, o, avqust ayında aktyorun evində keçirilən tamaşanın məşqləri zamanı Depardye tərəfindən iki dəfə təcavüzə məruz qalıb. Depardye isə ittihamları rədd edir.