Jirinovskinin 2024-cü il “öngörüsü” yayıldı
Rusiya Liberal Ddemokrat Partiyasının keçmiş lideri, 2022-ci ildə ölən Vladimir Jirinovskinin 2024-cü il üçün proqnozu yayılıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Gorodche" nəşri yazıb.
Bildirilib ki, Jirinovski ABŞ-ın 2024-cü ildə mövcudluğuna son qoyacağını proqnozlaşdırmışdı:
"2024-cü ildə ABŞ-da seçkilər olmayacaq, çünki Amerikanın özü də olmayacaq".
Jirinovskinin fikrincə, ABŞ-ın dağılmasının səbəbi, SSRİ kimi, ölkə daxilində millətlərarası münaqişələr olacaq.
Nəşr Jirinovskinin sağlığında verdiyi və artıq reallaşan proqnozlarını da xatırladıb. Xüsusilə, 2019-cu ildə Liberal Demokrat Partiyasının keçmiş lideri Yaxın Şərqdə münaqişə olacağını proqnozlaşdırmışdı.